AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tədqiqat-inkişaf proqram və layihələri

İxracyönümlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bu dəstək tədbirinə görə ödənilən məbləğ çəkilən xərclərin 50%-ni (1 layihə üzrə maksimum 100 000 AZN) təşkil edir. 1 il ərzində 10 tədqiqat-inkişaf proqramı keçirilə bilər.

Tədqiqat-inkişaf proqramları ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

Bu dəstək tədbirinə görə ödənilən məbləğ (maximum)

10000 AZN

Ixracatçıların seçimi ilə bağlı müsabiqənin keçiriləcəyi barədə elan müsabiqə gününə ən azı 15 gün qalmış Elanlar hissəsində yerləşdirilir

Ərizə qəbulu bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan müsabiqə komissiyası ixracatçıların seçimi ilə bağlı əvvəlcədən müəyyən olunmuş tarixdə müsabiqə keçirir və ərizələri dəyərləndirərək qərar qəbul edir.

İxracatçıların sifarişləri aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
  • ixracatçının istehsal və ixrac potensialı;
  • yeni məhsul və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsinin ixracatçının istehsal və ixrac potensialının artırılmasına müsbət təsiri;
  • tədqiqat-inkişaf proqramının məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılmasına müsbət təsiri;

Müsabiqə iştirakçıları müsabiqədən sonra 2 iş günü ərzində nəticələrlə bağlı məlumatlandırılırlar.

Qeyd olunan meyarlar üzrə minimum keçid balını toplayan namizədlər barədə müsbət qərar qəbul olunur və tədqiqat-inkişaf proqramı həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YÜKLƏ

“Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası”nın təsdiq edilməsi barədə

YÜKLƏ

“Tədqiqat-inkişaf proqramlarının həyata keçirilməsi üçün ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqənin təşkili və keçirilmə Qaydası”nın təsdiq edilməsi barədə

YÜKLƏ

“Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi barədə

YÜKLƏ