AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Rəhbərlik

YUSİF ABDULLAYEV

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru

Yusif İkram oğlu Abdullayev 1983-cü il iyun ayının 5-də Ağdam şəhərində anadan olmuşdur.

 

1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili almışdır. Peşəkar karyerasına 2004-cü ildən 2007-ci ilə qədər satış, sığorta və logistika sahələrində çalışaraq başlamışdır. 2007-2015-ci illərdə "Azərsun Holdinq"də İxrac departamentinin direktoru vəzifəsində çalışmışdır. 2015-ci ilin dekabr ayından 2018-ci ilin 1 iyun tarixinədək AZPROMO-nun vitse-prezidenti, 2018-ci ilin 1 iyun tarixindən etibarən AZPROMO-nun prezidenti vəzifələrini icra edib, AZPROMO-nun yenidən təşkili çərçivəsində isə 2021-ci ilin 8 oktyabr tarixindən Agentliyin icraçı direktoru vəzifəsini icra edir.

TURAL HACILI

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini

Tural Aydın oğlu Hacılı 1991-ci ilin dekabrın 7-də Bakı şəhərində anadan olmuşdur.

 

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və Biznesin idarə edilməsi üzrə bakalavr təhsili almışdır. Peşəkar karyerasına 2011-ci ildə bank sektorunda başlayıb, daha sonra özəl şirkətdə və Maliyyə Nazirliyində çalışıb. 2017-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayınadək AZPROMO-da layihə meneceri vəzifəsində, 2021-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayınadək marketinq meneceri, 2022-ci ilin fevral ayından 2022-ci ilin iyul ayınadək İxracın təşviqi departamentinin direktoru, 2022-ci ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək icraçı direktorun müşaviri vəzifələrində çalışıb. 2024-cü ilin yanvar ayından etibarən AZPROMO-nun icraçı direktorunun müavini vəzifəsində çalışır.