
Şübhəsiz ki, fəaliyyətimiz çərçivəsində uğurlu addımlar atmağımızda ölkə başçısının qeyri-neft sektorlarının ölkə iqtisadiyyatında üstün payının qorunub saxlanması üçün qəbul etdiyi qərarların, imzaladığı fərmanların rolu əvəzsizdir. İnvestisiya cəlbinin asanlaşdırılması, ölkəmizdə fəaliyyət göstərən investorların rahatlılığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qaldırılması və yerli istehsala əsaslanan məhsulların ixrac potensialının güclənməsi məqsədilə həyata keçirilən “islahatlar silsiləsi” investisiya maqnitudasını artırmaqla yanaşı, ixracat prosesini daha da canlandırır. İslahat yönümlü bu siyasi kurs isə nüfuzlu beynəlxalq qurumlar tərəfindən hazırlanan hesabatlarda ölkəmizin ön sıralarda qərarlaşmasına gətirib çıxarır. Belə ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Odur ki, əlverişli biznes mühitini hərtərəfli təmin edən dövlət dəstəyi fonunda AZPROMO olaraq sizlərə xidmət göstərməkdən hər zaman məmnunluq duyuruq.”
