AZ EN RU
Государство с сильной экономикой способно на всё
Г. Алиев
Объявления

İxracla əlaqəli beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi məqsədi ilə ixracatçıların sifarişlərinin qəbulu üzrə müsabiqəyə sənəd qəbulunun vaxtı dəyişdirilib


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mövcud COVİD-19 epidemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən sənədlərin qəbulunun mümkünsüzlüyünü nəzərə alaraq ixracla əlaqəli beynəlxalq sertifikatın alınmasında iştirak etmək üçün ixracatçılardan müraciətlərin qəbulunun 30 aprel 2020-ci il tarixindən 29 iyun 2020-ci il tarixinə keçirildiyini elan edir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərar ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 10 iyul 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Əlavə məlumat üçün:

Samirə Məmmədova
AZPROMO - İxracın təşviqi departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 120)
E-mail: samira.mammadova@azpromo.az

E-mail: destek@azpromo.az

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

E-mail: destek@azpromo.az

Интерактивная Kарта