Azərbaycan-ABŞ Biznes Forumu
16 oktyabr 2017-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcəkdir.
Tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.
Tədbirin 16 oktyabr tarixində saat 09:30-dan etibarən “Bakı Biznes Mərkəzi”ndə (Neftçilər prospekti, 32) keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan tədbirdə iştirak etməyə dəvət edirik.
Tədbirdə iştirakda maraqlı olduğunuz halda, şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini telefon və ya e-mail vasitəsilə bizə bildirməyinizi xahiş edirik:
Tel.: +99412 5980147/48 və ya +99412 4371142 (daxili: 123; 119; 108)
E-mail: anuriyev@azpromo.az