"TUV Austria" şirkəti yerli şirkətlər üçün təqdimat edib

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "TUV Austria" şirkəti ilə Azərbaycan şirkətlərinin işgüzar görüşü keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.
Görüşdə “TUV Austria” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri şirkət haqqında təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd:  Sertifikatlaşdırma sahəsində ixtisaslaşan "TUV Austria" beynəlxalq şirkəti 1872-ci ildə yaradılıb və dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.