Tədbirlər

  • 28.09.2017 VIII Rusiya-Azərbaycan Regionlararası Forumu

    28 sentyabr 2017–ci il tarixində Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.
    VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəkdir. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.
    Stavropolda forumda iştirak etməkdə maraqlı olan sahibkarlar aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək, ətraflı məlumat əldə edə bilərlər:

    Tel.: +99412 598 01 47/48 (dax.: 108, 123, 119, 129)
    E-mail: vmirzayev@azpromo.az

    Tədbirə qeydiyyat